Bədii Gimnastika üzrə Avropa Kuboku

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Bakı, Avropa kuboku həyəcanına yenidən hazırsan?

30 aprel – 3 may tarixlərində paytaxtımızda, Milli Gimnastika Arenasında qitənin ən istedadlı bədii gimnastları Avropa kuboku uğrunda mübarizə aparmaq üçün bir araya gələcəklər.

Zəriflik, çeviklik və yüksək ustalıq nümayiş etdirəcək gimnastlar fərdi və qrup proqramları üzrə möhtəşəm çıxışlarla tamaşaçıları valeh edəcəklər.

Bu il də çarpaz qarşılaşmalar yarışa xüsusi dinamika və həyəcan qatacaq. Rəqabət dolu anları və unudulmaz çıxışları canlı izləmək fürsətini qaçırmayın!

Yaş məhdudiyyəti / Dil

4+
Bədii Gimnastika üzrə Avropa Kuboku Bədii Gimnastika üzrə Avropa Kuboku

Məkan yeri
Heydər Əliyev prospekti 178A, Bakı, Azərbaycan