Sabah FK -  FK Partizan

Tədbir haqqında

Tarixində ilk dəfə avrokuboklarda iştirak edən "Sabah" UEFA Avropa Konfrans Liqasında növbəti oyununa çıxır. II təsnifat mərhələsində RFS-ni mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə Serbiyanın "Partizan" komandası ilə qarşılaşacaq. UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq matç avqustun 10-da, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.

QEYD: BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.

1.    Bilet yalnız üzərində qeyd olunan tarix və vaxtda, biletdə göstərilən yerdən istifadə hüququ verir.
2.    Bilet sahibi təşkilatçının və təhlükəsizlik əməkdaşlarının təlimatlarına riayət etməlidir.
3.    Bilet tədbirin sonuna qədər saxlanılmalıdır. 
4.    Biletin geri qaytarılması yalnız tədbir baş tutmadığı təqdirdə mümkündür. 
5.    İtirilən biletlər bərpa edilmir. 

Qəti surətdə qadağan olunur:
1.    Öz yerinizə biletdə göstərilməyən qapıdan daxil olaraq keçmək. 
2.    Stadiona portfel, çanta, hər hansı bir silah növü, deşici və kəsici alətlər, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq.
Biletdən istifadə qaydaları:
1.    Saxta bilet problemi ilə qarşılaşmamaq üçün biletləri mütləq ”iticket.az” MMC-nin kassalarından və ya ”Sabah” FK-nın bilet satışı üçün nəzərdə tutulmuş məntəqələrindən əldə edin. 
2.    Təhlükəsizliyin təmin olunması üçün öz yerlərinizi tədbirin başlanmasından 2 saat əvvəl tutmalısınız. 
3.    Bilet sahibi stadionun davranış qaydalarına əməl etməyə razıdır.

Yaş məhdudiyyəti / Dil

6+
Sabah FK -  FK Partizan Sabah FK -  FK Partizan