

Sabah FK - The New Saints FC
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
UEFA Çempionlar Liqası Masazırda!
UEFA Çempionlar Liqasında Azərbaycan futbolunun "Sabah"ına dəstək ol! I təsnifat mərhələsində təmsilçimiz TNS (Uels) komandası ilə qarşılaşacaq. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq matç iyulun 7-i, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.
QEYD: BU TƏDBİR ÜÇÜN ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.
1. Bilet yalnız üzərində qeyd olunan tarix və vaxtda, biletdə göstərilən yerdən istifadə hüququ verir.
2. Bilet sahibi təşkilatçının və təhlükəsizlik əməkdaşlarının təlimatlarına riayət etməlidir.
3. Bilet tədbirin sonuna qədər saxlanılmalıdır.
4. Biletin geri qaytarılması yalnız tədbir baş tutmadığı təqdirdə mümkündür.
5. İtirilən biletlər bərpa edilmir.
6. Oyuna gecikən tamaşaçılar (1-ci hissə bitdikdən sonra) stadiona buraxılmayacaq.
Qəti surətdə qadağan olunur:
1. Öz yerinizə biletdə göstərilməyən qapıdan daxil olaraq keçmək.
2. Stadiona portfel, çanta, hər hansı bir silah növü, deşici və kəsici alətlər, qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq.
Biletdən istifadə qaydaları:
1. Saxta bilet problemi ilə qarşılaşmamaq üçün biletləri mütləq ”iticket.az” MMC-nin kassalarından və ya ”Sabah” FK-nın bilet satışı üçün nəzərdə tutulmuş məntəqələrindən əldə edin.
2. Təhlükəsizliyin təmin olunması üçün öz yerlərinizi tədbirin başlanmasından 2 saat əvvəl tutmalısınız.
3. Bilet sahibi stadionun davranış qaydalarına əməl etməyə razıdır.
