Avropa basketbolunun həyəcanı yenidən Bakıda yaşanacaq! Noyabrın 10-da “Sabah” Basketbol Klubu FIBA Basketbol Çempionlar Liqası çərçivəsində Türkiyənin “Trabzonspor” komandası ilə Milli Gimnastika Arenasında üz-üzə gələcək.
Gərgin mübarizə, həyəcan dolu anlar və tribunaların möhtəşəm atmosferi sizi gözləyir. Komandamızın doğma meydanda qələbə uğrunda mübarizəsinə şahid olun, azarkeşlərin coşqusuna qoşulun və “Sabah”a dəstəyinizi hiss etdirin!
Basketbol həyəcanı yalnız meydança ilə məhdudlaşmayacaq. Fun zonada müxtəlif əyləncələr, oyun fasilələrində isə maraqlı şou proqramı axşamınıza xüsusi rəng qatacaq. Ailəniz və dostlarınızla birlikdə idman və əyləncə dolu unudulmaz anlar yaşayın!
Tarix: 10 noyabr 2026
Başlama saatı: 20:00
Məkan: Milli Gimnastika Arenası
Yaş həddi: 0+ (bütün yaş qrupları üçün uyğundur)
Biletlərinizi indidən əldə edin, tribunada yerinizi tutun və Avropa basketbolunun həyəcanını “Sabah”la birlikdə yaşayın. Qələbəyə gedən yolda komandamızın yanında olaq!