Atıcılıq Üzrə Dünya Kuboku 2022

Tədbir haqqında

ISSF DÜNYA KUBOKU BAKI 2022 Azərbaycan Atıcılıq Federasiyası 27 may - 7 iyun 2022-ci il tarixlərində Bakı şəhərində Güllə və Stend atıcılığı növləri üzrə ISSF Dünya Kubokuna ev sahibliyi etməkdən şərəf duyur. Bu yarış, Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) tərəfindən Olimpiya atıcılıq növlərində hər il keçirilən ISSF Dünya Kubokunun dörd mərhələsindən biridir. Bakının ev sahibliyi edəcəyi bu yarışa təxminən 800 idmançı və 300 rəsmi nümayəndənin qatılacağı gözlənilir. Atıcılıq üzrə keçiriləcək bu yarış, 2017-ci il Avropa Çempionatından sonra Bakı Atıcılıq Mərkəzində baş tutacaq ən böyük idman tədbiri olacaqdır. ISSF Dünya Kuboku Bakı 2022 haqqında daha ətraflı məlumatı www.issfsports.org və www.aze-shooting.com saytlarından əldə etmək mümkündür. ISSF Dünya Kuboku Bakı 2022 yarışında Olimpiya idman növləri olan güllə və stend atıcılığının 15 növü üzrə yarışlar keçiriləcək:

TÜFƏNG:

  • 50m Tüfəng 3 Mövqe Kişilər
  • 50m Tüfəng 3 Mövqe Qadınlar
  • 10m Pnevmatik Tüfəng Kişilər
  • 10m Pnevmatik Tüfəng Qadınlar
  • 10m Pnevmatik Tüfəng Qarışıq Komanda

 

TAPANÇA:

  • 25m Tapança İlə Sürətli Atəş Kişilər
  • 25m Tapança Qadınlar
  • 10m Pnevmatik Tapança Kişilər
  • 10m Pnevmatik Tapança Qadınlar
  • 10m Pnevmatik Tapança Qarışıq Komanda

 

OV TÜFƏNGİ:

  • Səngər Stendi Kişilər
  • Dairəvi Stend Kişilər
  • Səngər Stendi Qadınlar
  • Dairəvi Stend Qadınlar
  • Səngər Stendi Qarışıq Komanda

Dünya Kubokumuzun məzmunu və məlumatları aşağıda qeyd olunan vasitələrlə dünya miqyasında paylaşılacaq:

XƏBƏRLƏR:

  • ISSF saytı
  • ISSF NEWS jurnalı
  • ISSF NEWS rəqəmsal jurnal
  • ISSF tətbiqetmələri
  • ISSF bülleteni
  • ISSF mətbuat şərhi

 

VİDEO GÖRÜNTÜLƏR:

  • ISSF TV yayımı
  • ISSF saytı
  • Canlı yayım
  • YouTube
  • Facebook
  • YouKu

 

SOSIAL ŞƏBƏKƏLƏR:

  • Facebook
  • Twitter
  • Instagram
  • Flickr
  • Weibo

 

ISSF TELEVİZİYA YAYIMI

ISSF TV

Bakıda keçiriləcək Dünya Kuboku zamanı ISSF dünya auditoriyasını daha yaxşı cəlb etmək və media investisiyalarını maksimum dərəcədə artırmaq məqsədilə müxtəlif televiziya görüntüləri formatları hazırlanacaq.

TAM FINAL istehsalı - final yarışları ilk atışdan son atışadək çəkiləcək
ISSF canlı yayım - beynəlıxalq TV yayımı üçün canlı yayım (tam finallar)
ISSF YouTube kanalı - dünyada bütün atıcılıq azarkeşləri üçün (tam finallar)
ISSF Facebook kanalı - bütün final yarışlarının canlı yayımı üçün (tam finallar)
ISSF YouKu kanalı - Çində atıcılıq azərkeşləri üçün (tam finallar)
3 MINUTES NEWS - beynəlxalq TV yayımı üçün
B-ROLL FOOTAGE - beynəlxalq TV yayımı üçün (seçilmiş yarışlar

ISSF-in Televiziya yayımları Eurovision şəbəkəsi və Eurosport daxil olmaqla bir neçə yayım şirkətləri vasitəsilə müqavilə əsasında dünyada yayımlanır. ISSF, yarışlar zamanı milli televiziya ilə yayım hüquqları müqavilələri bağlayır. Beləliklə, Bakıda keçiriləcək ISSF Dünya Kubokunu hər hansı bir ölkə işıqlandırılmaq arzusunda olarsa, lazımı hazırlıqlar aparmaq üçün Təşkilat Komitəsi ilə əlaqə saxlamalıdır.

Televiziya yayımı ilə bağlı bütün hüquqlar ISSF-ə məxsusdur.

 

Yaş məhdudiyyəti / Dil

0+
Atıcılıq Üzrə Dünya Kuboku 2022 Atıcılıq Üzrə Dünya Kuboku 2022