27 iyul – 2 avqust 2026-cı il tarixlərində Bakı şəhərində, Milli Gimnastika Arenasında güləş üzrə
U17 Dünya Çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə baş tutacaq nüfuzlu yarış dünyanın müxtəlif
ölkələrindən ən güclü yeniyetmə güləşçiləri bir araya gətirəcək. Olimpiya zirvəsinə doğru ilk
böyük addımlarını atan gənc idmançılar dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.
Çempionatın açılış mərasimi 27 iyul tarixində saat 17:15–17:45 aralığında keçiriləcək.
Yarış proqramı iki sessiyadan ibarətdir:
Gündüz sessiyası (10:30–14:30)
İlkin görüşlər keçiriləcək, idmançılar yarımfinal mərhələsinə vəsiqə uğrunda mübarizə
aparacaqlar.
Axşam sessiyası (17:00–20:00)
Yarımfinal qarşılaşmaları, medal görüşləri və qaliblərin müəyyənləşməsi baş tutacaq.
Sessiyalar arasında arena daxilində təşkil olunacaq fan zonada azarkeşlər üçün müxtəlif əyləncə
və interaktiv aktivliklər keçiriləcək.
Dünya səviyyəli güləş mübarizələrini canlı izləmək, gələcəyin çempionlarına dəstək olmaq və
unudulmaz idman atmosferini yaşamaq üçün bu möhtəşəm tədbiri qaçırmayın!
27.07.2026
10:30 – 14:30 Yunan-Roma güləşi üzrə ilkin görüşlər
17:15 – 17:45 Yarışın açılış mərasimi
18:00 – 19:30 Yunan-Roma güləşi üzrə yarımfinal görüşləri
28.07.2026
10:30 – 14:30 Yunan-Roma güləşi üzrə təsəlliverici və ilkin görüşlər
17:00 – 17:45 Yunan-Roma güləşi üzrə yarımfinal görüşləri
18:00 – 20:00 Yunan-Roma güləşi üzrə final görüşləri
29.07.2026
10:30 – 13:30 Yunan-Roma güləşi üzrə təsəlliverici görüşlər
Qadın güləşi üzrə ilkin görüşlər
17:00 – 17:45 Qadın güləşi üzrə yarımfinal görüşləri
18:00 – 20:00 Yunan-Roma güləşi üzrə final görüşləri
30.07.2026
10:30 – 13:30 Qadın güləşi üzrə təsəlliverici və ilkin görüşlər
17:00 – 17:45 Qadın güləşi üzrə yarımfinal görüşləri
18:00 – 20:00 Qadın güləşi üzrə final görüşləri
31.07.2026
10:30 – 14:30 Qadın güləşi üzrə təsəlliverici görüşlər
Sərbəst güləş üzrə ilkin görüşlər
17:00 – 17:45 Sərbəst güləş üzrə yarımfinal görüşləri
18:00 – 20:00 Qadın güləşi üzrə final görüşləri
01.08.2026
10:30 – 14:30 Sərbəst güləş üzrə təsəlliverici və ilkin görüşlər
17:00 – 17:45 Sərbəst güləş üzrə yarımfinal görüşləri
18:00 – 20:00 Sərbəst güləş üzrə final görüşləri
02.08.2026
16:30 – 17:45 Sərbəst güləş üzrə təsəlliverici görüşlər
18:00 – 20:00 Sərbəst güləş üzrə final görüşləri