"Ana"
15+
Yaş məhdudiyyəti
Tədbirin müddəti
19:00 - 20:25

Tədbir haqqında

COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaratmışdır. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlük və mətanət göstərir; – “amandasan” – deyərək verdiyi sözün arxasında durduğunu nümayiş etdirir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakteri baxımından yaddaşlarda dərin iz buraxır.

Tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur.  

Tamaşanın müddəti 1 saat 20 dəqiqədir. 
Yaş həddi 15 +

"Ana" "Ana"