Amerikalı kürəkən
6+
Yaş məhdudiyyəti
Tədbirin müddəti
19:00 - 20:20

Tədbir haqqında

"Amerikalı kürəkən"

Yaş həddi: 6+

Müəllif: Ramiz Mirişli, Marat Haqverdiyev

Janr: Musiqili komediya

Dil: Azərbaycan

Tamaşanın müddəti: I hissə - 65 dəqiqə

                                 II hissə - 60 dəqiqə

Quruluşçu rejissor: İlham Namiq Kamal (xalq artisti)

Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)

Quruluşçu rəssam: Nabat Səmədova (əməkdar artist)

Dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)

Bu əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi, aktuallığıdır. Söz yox ki, hər bir valideyn övladının xoşbəxtliyini istəyir. Amma burada bir incə məqam var: bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə qır-qızılda, var-dövlətdə, imtiyaz sahibi olmaqdadır. Əlbəttə ki, bu çox yanlış bir fikirdir. Əsərin qəhrəmanı olan ana – Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O qızını varlı, malı-dövləti başından aşan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini – ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Elə əsl məzhəkə də bundan sonra başlayır...”, - deyə İlham Namiq Kamal bildirib. Tünzalə obrazını tanınmış müğənni, Əməkdar Artist Almaz Ələsgərli ifa edəcək. Qeyd edək ki, bu yaxınlarda o, teatrda işləmək arzusu ilə Azərbaycan Dövlət Musiqili Teatrına müraciət edib. Artıq Almaz Ələsgərli Musiqili Teatrın aktrisasıdır.

Amerikalı kürəkən Amerikalı kürəkən