" Anamın Kitabı "

Tədbir haqqında

COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

Atalarının arzusuna uyğun  olaraq qardaşlar ali təhsil almışlar, lakin vətənlərinə fayda verən elm-bilik sahibi, kamil mütəxəssis kimi qayıtmamışlar. Hər biri doğma yurdlarına təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Düşüncələrinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir.
   Əsərdə Gülbahar qardaşların kitabını yandırmaqla müxtəlif ölkələrdə təhsil alan qardaşların bir-birinə yadlaşmalarına etirazını bildirir.
   Ananın oğullarının əsas faciəsi öz milli köklərindən ayrılmaları, vətən naminə birləşmək zərurətini anlamamaları olmuşdur.
"Anamın kitabı" əsərdəki üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın dramıdır. Gülbaharın monoloqu milli birlik marşı kimi səslənir. "Anamın kitabı" Azərbaycanın milli birlik kitabıdır.
Əsərdə vətənə sədaqət, ana dilinə məhəbbət, ailəyə bağlılıq kimi milli-mənəvi dəyərlər ön plana çəkilmişdir.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
" Anamın Kitabı " " Anamın Kitabı "

Məkan yeri
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 48