“Mahnıma inan” musiqili komediyası Mixail Şerbaçenkonun pyesi əsasında Azərbaycanın Xalq Artisti Polad Bülbül oğlu tərəfindən yazılmışdır. Tamaşa tamaşaçıları laqeyd qoymayacaq parlaq musiqi, orijinal yumor, kəskin süjet incəlikləri ilə doludur.
“Mahnıma inan” Azərbaycan səhnəsində ilk dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi tərəfindən səhnələşdirilib və premyerası fevralın 4-də Polad Bülbül oğlunun doğum gününə həsr olunacaq.
Səhnə rejissoru - teatrın baş rejissoru Cavid İmamverdiyev. Tamaşada Azərbaycanın əməkdar artistləri Fərid Əliyev, Nərgiz Kərimova, Boris Qrafkin; aktyorlar Mehriban Zaliyeva, Emil Heydərov, Rauf Babayev və b. Dirijor - Əməkdar Artist Fəxrəddin Atayev, xoreoqraf - Əməkdar Artist Nigar Şahmuradova, quruluşçu rəssamı Vüsal Rəhim.