Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Dirijor – Əyyub QULİYEV, Əməkdar artist
Quruluşçu rejissor – Lüdviq BAUMAN (Almaniya)
Rejissor – Hafiz QULİYEV, Əməkdar İncəsənət xadimi
Quruluşçu rəssam – Yusif BABAYEV, Əməkdar mədəniyyət işçisi
Xormeyster – Sevil HACIYEVA, Əməkdar incəsənət xadimi
Rollar:
Santutsa – Aytac ŞİXƏLİZADƏ
Turiddu – Azər ZADƏ, Əməkdar artist
Alfio – Taleh YAHYAYEV, beynəlxalq vokal müsabiqələrinin laureatı
Luçiya (Turiddunun anası) – Səbinə VAHABZADƏ, Əməkdar artist
Lola (Alfionun arvadı) – Nina MAKAROVA
Hadisələr 1880-ci ilin bazar günü səhəri kənd meydanında baş verir.
Kəndlilər kilsəyə üz tuturlar. Onların arasında Santutsa da var. Qız nişanlısı Turiddunun anası, qoca Lüçiyanın yanına tələsir. Santutsa ümidsizdir: hərbi xidmətdən qayıdan Turiddu yenidən köhnə sevgilisi, indi isə varlı Alfio ilə evlənmiş Lola ilə gizli münasibətə başlamışdır. Lüçiya nə qədər çalışsa da, Santutsanı sakitləşdirə bilmir – qız qısqanclığın əzabı ilə yanır.
Meydanda Turiddu görünür. Santutsa yalvararaq ondan ayrılmamasını xahiş edir. Lakin gənc kobudcasına qızı kənara itələyib kilsəyə yollanan Lolanın ardınca gedir.
Bu vaxt uzaq səfərdən qayıdan Alfio heç nədən xəbərsiz kəndə daxil olur. Özünü itirmiş Santutsa hiddətlə ona həyat yoldaşının xəyanətini bildirir. Sonradan dediyinə görə peşman olsa da, artıq gecdir. Təhqir olunmuş Alfio ailə namusunu müdafiə etmək üçün Turiddu ilə hesab çürütməyə qərar verir.
İbadət başa çatdıqdan sonra kəndlilər meyxanada toplaşır. Şənlik Alfionun gəlişi ilə pozulur. Turiddu ona qədəh uzatsa da, Alfio qəbul etmir. Turiddu başa düşür ki, rəqibi onun Lola ilə gizli görüşlərindən xəbərdardır. Münaqişə qaçılmazdır. Qədim adətə görə Turiddu Alfioya qucaq açır və sağ qulağını dişləməklə onu duelə çağırır.
Döyüş qərara alınır – rəqiblər kəndin kənarında üz-üzə gələcəklər. Ayrılmadan öncə Turiddu anası ilə vidalaşır və ondan Santutsaya sahib çıxmasını xahiş edir. Vicdan əzabı ilə qovrulan gənc son addımlarını ataraq meydana yollanır.
Bir qədər sonra kəndli qadınlar Turiddunun ölüm xəbərini gətirirlər. Qəm içində qalan Lüçiya və Santutsa huşlarını itirərək qadınların qollarına yıxılırlar.

5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
8 ₼-dan
Biletlər satılıb