"Çipollino"

Tədbir haqqında

Coni Rodarinin məşhur «Çipollino» əsəri Kukla Teatrının repertuarında da özünün uğurlu səhnə həyatını yaşayır. Məşhur italyan müəllifin “Çipollinonun macəraları” nağıl-povesti əsasında səhnələşdirilən tamaşa cəsarətli soğancıq (italyan dilindən tərcümədə bu mənanı verir) oğlanın bütün maraqlı xüsusiyyətlərini rəngarəng çalarlarla tamaşaçıya catdırır. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancığın mübarizəsi tamaşanın əsas qayəsidir. Balaca soğancıq daim meyvə-tərəvəzlərin nağıl aləminin qəhrəmanı, onların mühafizəçisi kimi də anlaşılır.
Uşaqlara qorxmazlı, cəsarəti və hər zaman dürüst olmağı təlqin edir.

Yaş məhdudiyyəti / Dil

3+ / Русский
"Çipollino" "Çipollino"

Məkan yeri
Neftçilər prospekti 36, Bakı, Azərbaycan