Pamela Trevers “Meri Poppins”

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Pamela Trevers. “Meri Poppins”

Yaş həddi: 5+

Müəllif: Pamela Trevers

Quruluşçu rejissor: Ayla Osmanova

Əsas  rolların ifaçıları: Zemfira Əbdülsəmədova, Aydan Həsənzadə, Elşən Şıxəliyev,  Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov, Xaliq Bəkirov

Janr: nağıl-tamaşa                                          

Tamaşanın müddəti: birhissəli, 1 saat

          Pamela Treversin “Meri Poppins” tamaşasında naməlum məkandan gələn qeyri-adi dayə Meri Poppinsdən və onun  iki dəcəl uşağı necə ram etməsindən söhbət açılır.

          Meri dəcəlləri özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir, onlara səma cisimləri haqqında danışır. Uşaqlar gah Merinin, gah onun dayısı Qıvırcığın, gah da Dovşanın sınaqlarından keçirlər. Dayə, eyni zamanda,  balalara oxumağın, oynamağın, əylənməyin sirlərini öyrədir. Nəticədə, dəcəl Maykl və bacısı Ceyn dayələrini sevir, onun köməyi ilə davranış qaydalarının sirlərini öyrənirlər.

        Pamela Trevers Merinin simasında bizə uşaqlarla səmimi olmağı, nəyi isə öyrədərkən, onların kövrək dünyasından dünyaya baxmağı məsləhət görür.

        Tamaşanı əyləncəli oyunlar, gözəl musiqi nümunələri, rəqslər müşayiət edir.

 

Yaş məhdudiyyəti / Dil

5+ / Azərbaycanca
Pamela Trevers “Meri Poppins” Pamela Trevers “Meri Poppins”

Məkan yeri