
“Emilya, nə deyirsən?”

“Emilya, nə deyirsən?”
Təsvir
“Emilya, nə deyirsən?”
Sənədli və interaktiv tamaşa
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sizi real hekayələrin teatrla qovuşduğu “Emilya, nə deyirsən?” tamaşasına dəvət edir.
Bu tamaşada aktyorla tamaşaçı arasındakı sərhədlər dəyişir, izləyicilər isə ortaq teatr təcrübəsinin iştirakçılarına çevrilirlər. Cəmi 17 nəfər üçün nəzərdə tutulan bu görüş hər kəsə həmin təcrübənin bir parçası olmaq imkanı yaradır.
“Emilya, nə deyirsən?” Azərbaycan xalq nağılı “Tıq-Tıq xanım”ın müasir yozumudur. Müasir insanların gerçək hekayələri əsasında qurulan tamaşa uşaqlıqdan tanıdığımız nağıla tənhalıq və ayrılıq mövzuları üzərindən yeni baxış təqdim edir.
Tamaşa insanın ünsiyyətə və yaxınlığa ehtiyacını, insanlar arasında yaranan məsafələri və müasir cəmiyyətdə getdikcə daha çox hiss olunan tənhalığı araşdırır.
Tarix: 5 noyabr 2026
Saat: 19:00
Məkan: Ritual Teatr və Yaradıcılıq Laboratoriyası
Ünvan: Qoqol küçəsi 44
Biletin qiyməti: 25 AZN
Tamaşaçı sayı: 17 nəfər
Yaradıcı heyət
Müəllif: Zərif Bəkirova
Rejissor: Aynur Zərrintac
Aktyorlar:
Zərif Bəkirova
Ülkər Əliyeva
Arzu Həsənova
Sərxan Nəciyev
Arzu Əmiraslanova
İşıq və musiqi: Məhəmməd Məmmədov
Qaydalar
Tamaşanın formatını nəzərə alaraq, tamaşaçılardan ən gec saat 18:50-də məkanda olmaları xahiş olunur.
