
Romeo və Cülyetta - Şəhrizad

Romeo və Cülyetta - Şəhrizad
Təsvir
“ROMEO VƏ CÜLYETTA”
Bir pərdəli balet
Pyotr Çaykovskinin musiqisi əsasında səhnələşdirilən “Romeo və Cülyetta” baleti klassik rəqs dili ilə təqdim olunan əbədi məhəbbət hekayəsidir. Tamaşa təsirli xoreoqrafiyası, dramatik süjeti və möhtəşəm musiqi müşayiəti ilə seçilir.
Yaradıcı heyət:
- Bəstəkar — Pyotr Çaykovski
- Dirijor — Mustafa Mehmandarov
- Quruluşçu baletmeyster — Rusiyanın Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Georgi Kovtun
- Quruluşçu rəssam — Xalq rəssamı Tahir Tahirov
- Baletmeyster-repetitorlar — Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzayev, Əməkdar artist Yuriy Lobaçev
- Tamaşanı idarə edən — Əməkdar artist Yuriy Lobaçev
- Konsertmeyster — Züleyxa Usubova
İştirak edirlər:
- Cülyetta — Liana Praqa
- Romeo — İntiqam Məmmədov (ilk ifa)
- Lorenso — Edvard Arazov
- Təlxək — Mehman Mərdanov
“ŞƏHRİZAD”
Bir pərdəli balet
Nikolay Rimski-Korsakovun musiqisi və Mixail Fokinin əfsanəvi xoreoqrafiyası əsasında hazırlanmış “Şəhrizad” baleti tamaşaçıları Şərq nağıllarının sehrli aləminə aparır. Parlaq obrazlar, zəngin kostyumlar və emosional musiqi bu səhnə əsərini klassik balet sənətinin ən möhtəşəm nümunələrindən birinə çevirir.
Yaradıcı heyət:
- Bəstəkar — Nikolay Rimski-Korsakov
- Dirijor — Mustafa Mehmandarov
- Xoreoqrafiya — Mixail Fokin
- Yeni redaksiyanın müəllifi — Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva
- Baletmeyster-repetitorlar — Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzayev, Əməkdar artist Yuriy Lobaçev
- Konsertmeyster — Züleyxa Usubova
İştirak edirlər:
- Zibeydə (Şəhrizad) — Əməkdar artist Elmira Süleymanova
- Zibeydənin sevimli qulu — Əməkdar artist Anar Mikayılov
- Şəhriyar — Faiq Qubatov
- Şahzaman — Seymur Qədiyev
- Hərəmağası — İqor Kuznetsov
- Kənizlər — Nigar Əliyeva, Leyla Narimanidze, Dinara Məmmədova
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
