Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Hacı Qara”
Yaş həddi: 16+
Müəllif: Mirzə Fətəli Axundzadə
Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti)
Səhnələşdirmə müəllifi: Dilsuz Mustafayev
Quruluşçu rəssam: Elşən Sərxanoğlu
Bəstəkar: Firudin Allahverdi
Xoreoqraf: Gülməmməd Şahverdiyev (Əməkdar artist)
Əsas rolların ifaçıları: Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Bəhramxan, Nəsibə Eldarova, Gülər Nəbiyeva, artistlərdən Anar Seyfullayev, Şəbnəm Hüseynova, Ramil
Şamiloğlu, Nurlan Süleymanlı, Hüsniyyə Əhmədova, Ədalət Əbdülsəməd, Kərəm
Hadızadə, Rəşad Səfərov, Hüseyn Bayramov, Xaliq Bəkirov, Tahir İsmayılov, Aydın Dəmirov, Yusif Dadaşov, İmdad Tofiqoğlu, Eldar İmanov, İmran Qurbanov
Janr: satirik komediya
Tamaşanın müddəti: birhissəli – 1 saat 25 dəqiqə
Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesinə müasir düşüncə tərzi ilə
müdaxilə edən tanınmış nasir Dilsuz Mustafayev tipik Hacı Qara obrazından yeni bir obraz yaratmışdır. Tamaşaçılara yeni versiyada təqdim olunan “Hacı Qara” tamaşasında xəsis, tamahkar və ikiüzlü tacir Hacı Qara, Dilsuzun təbirincə, nikbin əhvali-ruhiyyəli, malını dostlarına qurban verməyə hazır olan bir adamdır. O, hətta özünün ziyalı təbəqəyə mənsubluğunu göstərmək üçün Mirzə Fətəlinin, Qasım bəy Zakirin müştəriləri olduğunu bildirir.
Tamaşada fikir üçbucağı yaradılıb: Hacı Qara, Heydər bəy, imperiya quldurları. Dramatik
konfliktin təməli daha çox qazanmaq eşqinə düşən Hacı Qara, bir də sevdiyinə qovuşmaq üçün
pula ehtiyacı olan Heydər bəy tərəfindən qoyulur. Tamaşanın ictimai-siyasi motivləri isə Ohan
Yüzbaşı, Mkrtıç, Arakel kimi mənfi personajların hesabına daha ciddi şəkildə açıqlanır.
Onlardan biri də Naçalnikdir. Müəllif bu personajı öz dili ilə ifşa edir: “Padşah məni bura
göndərəndə tapşırdı ki, Qafqazda, Orta Asiyada “qara işlər”imizin hamısını ermənilərin əlləri ilə
görürük. Yüzbaşılarımın, yasavullarımın hamısı ermənilərdir, bir himə bənddirlər ki, cümlə
türklərin qanını içsinlər.” Bu obrazlar imperiya cəlladlarının türk xalqlarına qarşı nifrətini,
xəyanətini aydın şəkildə realizə edir.
Heydər bəy Qarabağın nüfuzlu bəylərindən sayılır, hamı ondan çəkinir. Bu, təkcə onun
varlı ailədən olmasından irəli gəlmir, eyni zamanda, fiziki cəhətdən də çox güclüdür. Atasının
tapdığı qızla evlənməyəcəyini bildirən Heydər bəy mirasdan məhrum olur. Buna görə sevdiyinə
qovuşmaq üçün yeni yollar axtarır. Sona xanımın atası onu uzaq qohumu olan varlı ailəyə ərə
vermək istəyir. Sona xanım isə Heydər bəyi sevir. Belə bir münasibətlər labirintinin içində hər
bir personaj, özündən asılı olmadan, səhv etməyə başlayır, bununla da hadisə düyünləri yaranır.
Satirik məqamlar da məhz bu düyünlərin açılması zamanı baş verir.
İctimai-siyasi problemlər kontekstində işlənmiş bu komediyada satirik detallar
və məqamlar hesabına personaj həqiqətləri açılır: imperiya quldurlarının Azərbaycanı qəsb etməsi; valideynlərin övladları üzərində hökmranlıq; mənəvi kasadlıq. Bu fikrə istinadən belə
nəticəyə gəlmək olur ki, maddi sərvətə deyil, mənəvi dəyərlərə üstünlük vermək lazımdır.
Xoş ovqat bağışlayan “Hacı Qara” komediyasını düşündürən gülüş, ürəyəyatan klassik
geyimlər, milli folklor nümunələri, diqqət cəlb edən dekorasiya müşayiət edir.

7 ₼-dan
10 ₼-dan
10 ₼-dan
10 ₼-dan
5 ₼-dan
10 ₼-dan