Эмма

Эмма

Tədbir haqqında

3-cü zəngdən sonra tamaşa zalına giriş qəti qadağandır.

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Ceyn Ostinin romanı əsasında “Emma”

Ceyn Ostinin romanı əsasında hazırlanmış “Emma” tamaşası — zahiri yüngüllük və incə yumorun arxasında insanların daha dəqiq, bəzən isə ağrılı həqiqətlərinin gizləndiyi bir dünyadır. Burada ironiya sadəlövhlük ilə, səmimiyyət isə incə duyğu oyunu ilə yanaşı addımlayır.

Hadisələrin mərkəzində Emma Vudhaous dayanır. Gözəl, ağıllı və yalnız öz həyatını deyil, ətrafındakı insanların taleyini də yönləndirmək haqqına sahib olduğuna inanan bir qadın. Onun evləndirmə həvəsi əvvəlcə yüngül bir oyun, əyləncə kimi görünsə də, zamanla səhvlərin üzə çıxdığı hadisələr zəncirinə çevrilir. Və bir an gəlir ki, başqalarını idarə etməyə çalışan Emma, əslində özünü anlamağı öyrənmədiyini dərk edir.

Bu, hisslərin tərbiyəsi haqqında deyil, qaçılması mümkün olmayan reallıqla qarşılaşma haqqında hekayədir. Burada yetkinləşmə sakit və yumşaq şəkildə deyil, bütün illüziyaların dağıldığı anda qaçılmaz şəkildə baş verir.


Yaradıcı heyət

Quruluşçu rejissor: Raula Turkkkan
İnsenirovka: İnna İmranova
Səhnə tərtibatı üzrə rəssam: Mustafa Mustafayev
Kostyum üzrə rəssam: Olqa Abbasova
Musiqi tərtibatı: Vladimir Neverov
Xoreoqraf: Nigar Rzayeva
Rejissor assistenti: Yuliya Limareva


Rollarda

Miss Anna Teylor — İnna İmranova
Miss Beyts — Milana Sokolenko
Cənab Ueston — Salman Bayramov
Emma Vudhaous — Dilyara Nazarova
Cənab Corc Naytli — Rəşad Əliyarov
Frenk Çörçill — İbrahim Çingiz
Ceyn Fərfaks — Sabina Asim
Henri Vudhaous — Rüfət Nazarov
Harriet Smit — Səma Vəliyeva
Missis Beyts — Marina Litvinenko
Filipp Elton, vikar — Zaur Terequlov
Avqustina Houkins — Rumiya Ağayeva / Tamilla Abutalıbova
İzabella Naytli — Gövhər Şahbanova
Con Naytli — Mirzəağa Axundzadə
Robert Martin — Fərid Hüseynov
Robertin bacısı, Martina — Fidan Ağaverdiyeva

Yaş məhdudiyyəti / Dil

16+ / Русский
Эмма Эмма

Məkan yeri
Xaqani küçəsi 7, Bakı, Azərbaycan