Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Gürcü teatr sənətinin möhtəşəm səhnə əsəri paytaxt tamaşaçılarına təqdim olunur
28 və 29 aprel tarixlərində saat 19:30-da Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində Şota
Rustaveli adına Gürcüstan Milli Teatrının repertuarında böyük uğurla nümayiş olunan iki hissəli
“Zəncirlənmiş Prometey” tamaşası təqdim ediləcək.
Janrı faciəvi fantaziya olan səhnə əsəri qədim yunan dramaturqu **Esxil**in eyniadlı pyesi əsasında
hazırlanıb. Səhnə versiyasının müəllifi və quruluşçu rejissoru dünya şöhrətli gürcü rejissoru **Robert
Sturua**dır.
Rejissor tamaşa haqqında qeyd edir ki, Esxil Prometeyə həsr olunmuş üç faciə yazıb, lakin dövrümüzə
yalnız biri — “Zəncirlənmiş Prometey” gəlib çatıb. Əsərdə insanın bəşəriyyəti xilas etmək uğrunda
mübarizəsi təsvir olunur. Zevs Prometeyi cəzalandırır, lakin o, müqavimət göstərməkdən vaz keçmir və öz
qəhrəmanlıq yolundan dönmür. Nəhayət, bütün sınaqlardan keçir.
Robert Sturuanın interpretasiyasında tamaşa müasir dövrün reallıqları ilə səsləşir. Dünyanın sürətlə
dəyişdiyi, insanların azadlığını məhdudlaşdırmağa çalışan diktaturaların meydana çıxdığı bir zamanda bu
mifoloji qəhrəmanın adı xüsusi əhəmiyyət kəsb edir. Tanrı özlərini həddindən artıq cəsarətli aparan, özlərini
tanrılarla bərabər tutan insanlara dərs vermək istəyir — və bu ideya müasir dünyada baş verən hadisələrlə
paralel təqdim olunur.
Tamaşa Gürcü dilində, Azərbaycan subtitrləri ilə nümayiş olunacaq.
Davametmə müddəti:
I hissə – 1 saat 5 dəqiqə
II hissə – 1 saat 10 dəqiqə
Bilet qiymətləri:
20 – 60 AZN
Yaradıcı heyət:
Səhnə versiyasının müəllifi və quruluşçu rejissor — Robert Sturua
Tərcümə — Robert Sturua və Nino Kantidze
Səhnə tərtibatı — Ana Ninua, Merab Merabişvili, Robert Sturua
Kostyum üzrə rəssam — Ana Ninua
Musiqi tərtibatı — Svimon Canqulatşvili, Robert Sturua
Xoreoqraf — Kote Purtseladze
Rejissor assistenti — Tea Marqvelaşvili
“Zəncirlənmiş Prometey” klassik faciənin müasir teatr dili ilə təqdim olunan monumental səhnə həllidir və
paytaxtın mədəni həyatında əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirilir.

5 ₼-dan
7 ₼-dan
8 ₼-dan
10 ₼-dan
12 ₼-dan
10 ₼-dan