"Qızıl balıq"

Tədbir haqqında

Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edən yaradıcı heyət onun məşhur “Balıqçı və balıq haqqında nağıl”ını fərqli səhnə yozum və tərtibatında hazırlayıb.

Uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışıb.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
"Qızıl balıq" "Qızıl balıq"

Məkan yeri
Neftçilər prospekti 36, Bakı, Azərbaycan