Tamahın insanı hara aparıb çıxara biləcəyini əyləncəli və düşündürücü şəkildə göstərən “Tamahkar” kukla tamaşası balaca tamaşaçıları maraqlı macəraya dəvət edir. Rəngarəng kuklalar, canlı səhnə həlləri və yumorla zəngin hadisələr uşaqlara həm xoş anlar yaşadacaq, həm də paylaşmağın, yaxşılığın və dostluğun dəyərini xatırladacaq.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet