Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Müəllif: Hüseyn Cavid
Dil: Azərbaycan
Xronometraj: 1 saat
Yaş həddi: 16+
“Ana” tamaşası ana məhəbbəti, fədakarlıq və insanın mənəvi dəyərləri mövzusuna həsr olunmuşdur. Əsərdə ana obrazı müqəddəs və ülvi bir varlıq kimi təqdim edilir, onun övladına olan sevgisi hər şeydən üstün tutulur. Hadisələrin mərkəzində ana ilə övlad arasındakı münasibətlər və bu münasibətlərin sınaqlardan keçməsi dayanır. Müəllif göstərir ki, ana sevgisi bəzən insanı çətin qərarlar verməyə məcbur edir. Əsərin məzmununda həm də cəmiyyətin sərt qanunları ilə insanın daxili hissləri arasında qarşıdurma əks olunur. Ana obrazı bu qarşıdurmada həm əzab çəkən, həm də mənəvi baxımdan ucalan tərəf kimi təqdim edilir. Dram boyunca ana öz övladı üçün hər cür fədakarlığa hazır olduğunu sübut edir. Belə ki, o, sonda oğlunun qatilini belə bağışlayır ki, oğlu ondan inciməsin. Çünki oğlu qan tökməyə əsla razı deyildi. Nəticədə “Ana” tamaşası insanlıq, mərhəmət və valideyn sevgisinin gücünü ön plana çıxarır. Burada göstərilir ki, ən böyük dəyər məhz saf və təmənnasız ana sevgisidir.

5 ₼-dan
7 ₼-dan
10 ₼-dan
10 ₼-dan
25 ₼-dan
5 ₼-dan