Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Nağıllar aləmində”
Müəllif: A.Babayev
Dil: Azərbaycan
Xronometraj: 1 saat
Yaş: 3+
Tamaşanın qəhrəmanı Cırtdan evdə dəcəllik edib “Nağıllar” kitabının bütün vərəqlərini cırır. Və həmin kitabda olan nağılların qəhrəmanları Div, Küpəgirən qarı, Məlik Məmməd və başqaları Cırtdanın evinə gəlib onu bu əməlinə görə cəzalandırmaq üçün onu Afrikaya bir adaya göndərirlər. Orada isə Cumbo Cırtdana 3 sual verir. Əgər bilsə qayıdır evinə, bilməsə elə orada qalır. Tamaşanın sonunda Cırtdan öz pis əməlindən peşman olub kitabın vərəqlərini yerinə qoyub səliqəli şəkildə nağılı oxumağa başlayır. Tamaşada əsas mövzu dəcəllik etməmək, dostlarla gözəl rəftar etmək və kitabları sevib onları oxumaq gərəkliyini izah edir.

3 ₼-dan
5 ₼-dan
12 ₼-dan
10 ₼-dan
10 ₼-dan
35 ₼-dan