Biganə məşuq

Tədbir haqqında

Annotasiya 

Jan Kokto. “Biganə məşuq”

 

Yaş həddi: 18+

Müəllif: Jan Koqto

Quruluşçu rejissor, səhnə və musiqi tərtibatı: Aydan Həsənzadə

Baş rolların ifaçıları: Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə

Janr: iki nəfər üçün oyun dramı

Tamaşanın müddəti: 40 dəqiqə

 

Ümumbəşəri duyğuları əks etdirən “Biganə məşuq” tamaşası Kiçik səhnənin uğurlu yaradıcılıq işlərindən biridir.

Ciyəri xəstə olan Lyusi çox böyük fədakarlıqla müğənnilik edib, sevdiyini saxlamağa, onu qorumağa çalışır.

Lyusinin maliyyə imkanları Emilin maliyyə imkanlarına çevrilsə də, qadına qarşı çox laqeyddir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır.

Yaş məhdudiyyəti / Dil

18+
Biganə məşuq Biganə məşuq