Xortdanın cəhənnəm məktubları

Tədbir haqqında

 Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Xortdanın Cəhənnəm məktubları”

Yaş həddi: 16+

Müəllif: Əbdürrəhim bəy Haqverdiyev

Quruluşçu rejissor: Boris Mandjiyev (RF və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi)

Əsas rolların ifaçıları: Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Elnur Kərimov, Elnur Bəhramxan, İlham Əsədov, artistlərdən Bəhram Əliheydər, Səbinə Məmmədzadə, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalər Əbdülsəməd, Manaf Dadaşov, Elşən Hacıbabayev, Ramil Şamiloğlu, Eyvaz İbrahimov,  Müşfiq Elmanoğlu, Vahid Orucoğlu, Eldar İmanov, Anar Səfiyev

Janr: psixoloji dram

Tamaşanın müddəti: birhissəli – 1 saat 35 dəqiqə

      Bir-birini təmiz məhəbbətlə sevən iki gənc - Fərmanla Gövhərtac mühitin ac qurşağına düşürlər.

Hacı Kamyab qızının Fərmana getməsinə razıdır. Lakin arvadı qızından bəhrələnmək, onunla hörmət sahibi olmaq istəyir. Fərmanın anası vəziyyəti başa düşüb deyir ki, oğlu qızı götürüb başqa yerə qaçsın.  Fərman isə xəstə anasını qoyub getmək istəmir.

      Xudayar xan oğlu  Gəray xana qızı almaq istəyir. Bu zaman Hacı Kamyab da, arvadı da bu izdivaca razılıq verirlər. Fərman başa düşür ki, artıq əmisi qızı ona verməyəcək. Hacı Kamyab Fərmanın qəlbini ələ almaq üçün onun anasına pul verir ki, alver eləsin, özünə iş qursun, lakin Fərman qəbul etmir. O, yaxşı başa düşür ki, bu səxavətin arxasında nə dayanır.

      Fərman Gövhərtacı qaçırdır. Tanınmış axund olan Əhməd ağanın evi salamatlıqdır deyə, Fərman qızı gətirib onun yanında qoyur. Kişinin gözü bu qıza düşür. Evi müqəddəs ev sayılan  Əhməd ağa düşünür ki, Hacı Kamyab çox varlıdır. Bu sərvət Fərmanın əlinə keçincə, elə öz  əlinə keçsin. Ona görə də qızın kəbinini özünə kəsir. Buna qızın anası sevinir. Xalqın gözündə hörmət sahibi olacaqlarını düşünən qızın valideynləri, əslində iki gəncin ölümünə fərman verirlər.

      Artıq tamah baş yarar; gənclərin sabahını düşünmək, onların xoşbəxtliyi uğrunda mübarizə aparmaq lazımdır. Tamaşanın ötürdüyü mesaj da bundan ibarətdir.

 

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
Xortdanın cəhənnəm məktubları Xortdanın cəhənnəm məktubları

Məkan yeri