Gizlicə eşidilən sevgi hekayələri ən maraqlı hekayələrdir! Bizə elə gəlir ki, onlar heç vaxt bizim başımıza gələ bilməz — yalnız başqalarının. Lakin bəzən hadisələrin gedişinə məhz biz müdaxilə edə bilərik.
“Sevgi dördbucağı” — final variantlarından birinin tamaşaçılar tərəfindən seçildiyi 16+ interaktiv komediyadır.
Bu unikal teatr performansı Bakıda ilk dəfə yeni formatda — SEA BREEZE-də yerləşən DOM MIDDLE EAST by SABINA AGHALAROVA art məkanında təqdim olunacaq.
SINSERITY Təxribatçı Komediyalar Teatrının təqdimatında.