Maşa və Ayı "Yeni İl Tamaşası" - Bakı


10 ₼-dan
Maşa və Ayı "Yeni İl Tamaşası" - Bakı
Aktiv sessiyalar
20dek
12:00 - 13:15
10 ₼ -danAzərbaycanca0+
20dek
15:00 - 16:15
10 ₼ -danRusca0+
20dek
18:00 - 19:15
10 ₼ -danAzərbaycanca0+


✨ Bakıda ilk dəfə Heydər Əliyev Sarayının böyük səhnəsində!
Dünya şöhrətli "Maşa və Ayı" animasiya serialının yaradıcısı "Animaccord" şirkətinin rəsmi lisenziyası əsasında hazırlanmış möhtəşəm Yeni İl tamaşası ilk dəfə Heydər Əliyev Sarayının böyük səhnəsində təqdim olunur.
Sevimli qəhrəmanlar, rəsmi lisenziyalı böyük kuklalar, möhtəşəm dekorasiyalar, sirk və illüziya nömrələri, musiqi, rəqslər və uşaqların birbaşa iştirak etdiyi interaktiv səhnələrlə bütün ailəni unudulmaz Yeni İl nağılı gözləyir.
🎁 XÜSUSİ TƏKLİF
🎄 Yeni İl Tamaşa Paketi
Bu Yeni İl mövsümündə MGM Production Heydər Əliyev Sarayında iki möhtəşəm ailə tamaşasını təqdim edir:
🎄 20 dekabr 2026-cı il — "Maşa və Ayı – Yeni İl Tamaşası"
🎁 3 yanvar 2027-ci il — "Şaxta Babanın Fabriki 2"
🎟 Paket üzrə endirim
17 AZN və yuxarı bilet kateqoriyalarına tətbiq olunur.
Hər iki tamaşa üzrə alınan biletlərin ümumi sayı birlikdə hesablanır.
📍 TƏDBİR HAQQINDA
📍 Məkan: Heydər Əliyev Sarayı
📅 Tarix: 20 dekabr
🎟 Bilet qiymətləri: 10 / 12 / 15 / 17 / 20 / 25 / 30 AZN
👶 Tövsiyə olunan yaş: 0 +
⏱ Müddət: 70 dəqiqə (fasiləsiz)
🌐 DİL
Tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq.
🎟 Bilet alarkən seçdiyiniz seansın dilinə diqqət yetirməyinizi xahiş edirik.
🎭 TƏŞKİLATÇI
MGM Production artıq 17 ildən çoxdur ki, Azərbaycanda və xarici ölkələrdə rəsmi lisenziyalı ailə tamaşaları, uşaq şouları və beynəlxalq səhnə layihələrinin təşkilatçısıdır.
Şirkət peşəkar təşkilatçılığı, beynəlxalq əməkdaşlıqları və minlərlə tamaşaçının izlədiyi uğurlu layihələri ilə tanınır.
🎄 Yeni ili Maşa və Ayı ilə birlikdə qarşılayın və övladlarınıza uzun illər xatırlanacaq möhtəşəm bayram hədiyyə edin!
🔹 5 yaşadək uşaqlar üçün giriş pulsuzdur (valideyn bileti olduğu halda, uşaq ayrıca yer tutmadan valideynin qucağında əyləşir).