YATMIŞ GÖZƏL VƏ CIRTDAN

Tədbir haqqında

Uzaq bir Krallıqda, Kralın qız övladı dünyaya gəlir. Xeyirxah pərilər Flora və Fauna şahzadə qıza gözəllik bəxş edirlər. Lakin uşaqları sevməyən qara pəri Malifi Senta, Şahzadə qızı 15 yaşına çatanda eybəcərləşdirməyi qarşısına məqsəd qoyur. Pərilər Şahzadəni ondan gizlətmək məqsədi ilə Azərbaycana gətirirlər. O Cırtdanla bir kənddə böyüyür və onlar dost olurlar. Malifi Senta Şahzadə qızın yerini öyrənir,  sehirli çubuğu ilə onu yatırır və özü ilə aparır.  Cırtdan dostunu xilas etmək üçün Krallığa gəlir. Bəs Cırtdan dostu Yatmış şahzadəni necə xilas edir? Buyurun gəlin, tamaşamıza baxın, hadisələri özünüz izləyin. Çox maraqlıdır.

 

Əsərin müəllifi -Xaqani Əliyev 
Teatrın baş rejissoru - Anar  Babalı

Yaş məhdudiyyəti / Dil

6+
YATMIŞ GÖZƏL VƏ CIRTDAN YATMIŞ GÖZƏL VƏ CIRTDAN

Məkan yeri
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 48