Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Pəri cadu”
Yaş reytinqi: 18+
Müəllif: Əbdürrəhim bəy Haqverdiyev
Quruluşçu rejissor: Elşad Əhmədov
Rollarda: Kəmalə Məmmədova (Əməkdar artist), Sevda Orucova (Əməkdar artist), Ruslan Hüseynov, Günay Xanlarqızı, Sevinc Hüseynova, Emil Salmanov, Elmir Məmmədov
Janr: magik realist faciə
Tamaşanın müddəti: 1 saat 10 dəqiqə
Pəri cadu — Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış məşhur dram əsərlərindən biridir. Pyesdə hadisələr mistik və simvolik mühitdə cərəyan edir. Əsərin mərkəzində Pəri adlı sehrli, cazibədar bir varlıq dayanır. O, insanları öz sehrinə salaraq onların hissləri və iradələri üzərində hakimiyyət qurur. Hadisələr boyu Pərinin təsiri altına düşən obrazların daxili ziddiyyətləri, ehtirasları və mənəvi zəiflikləri açılır. Əsərdə əsas ideya insanın nəfsinə uyması, aldanması və bunun doğurduğu faciəvi nəticələr üzərində qurulub.

8 ₼-dan
5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
10 ₼-dan
10 ₼-dan