“Əli və Nino”
Yaş reytinqi: 18+
Müəllif: V. Reznikova
Quruluşçu rejissor: Abdulla Elşadlı
Rollarda: Novruz Cəfərov (əməkdar artist), Ramiz Vəliyev (əməkdar artist), Salamulla İsmayılov (əməkdar artist), Ruslan Hüseynov, Şahmar Məmmədov, Nəzrin Səfərova, Zülfiyyə Əliyeva, Akif Səfərov, Vasif İsmayılov, Abdulla İsmailov, Ramal Mansırlı, Ümid Hüseynov, Elvin Alnağıyev, Zeynəb Abdullayeva, Günel Hacıyeva, Aysu Kəngərli, Mayan Hüseynova
Janr: sevgi haqqında film-tamaşa
Tamaşanın müddəti: 2 saat 15 dəq
Tamaşanın başlanma vaxtı: 19:00
Qurban Səidin “Əli və Nino” romanı XX əsrin əvvəllərində Bakının mürəkkəb ictimai-siyasi və mədəni mühitində baş verən hadisələr fonunda Əli xan Şirvanşir və gürcü qızı Nino Kipianinin böyük və sınaqlardan keçən məhəbbətindən bəhs edir. Şərq və Qərb dünyagörüşünün, milli və dini dəyərlərin qarşılaşması əsərin əsas ideya xəttini təşkil edir.Romanın hadisələri Birinci Dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Bakının siyasi hadisələri fonunda inkişaf edir. Əli və Nino arasındakı sevgi yalnız şəxsi münasibət deyil, həm də müxtəlif mədəniyyətlərin bir-birini anlama və qəbul etmə axtarışının simvoluna çevrilir. “Əli və Nino” sevgi, vətən, milli kimlik, azadlıq və insanın mənəvi seçimi kimi mövzuları özündə birləşdirən, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmasına töhfə vermis əsərlərdən biri kimi qiymətləndirilir.