
Rəqs et, yoxsa donarsan

Rəqs et, yoxsa donarsan
Aktiv sessiyalar
Təsvir
“Rəqs et, yoxsa donarsan”
Yaş reytinqi: 4+
Müəllif: Anar Ərtoğrul Burcəliyev
Quruluşçu rejissor: Elşad Əhmədov
Rollarda: Zaur Əhmədov, Ümid Hüseynov, Elnur Abbasov, Aysu Kəngərli, Rauf Hüsenov, Mayan Hüseynova, Elmir Məmmədov, Ceyhun Qurbanov
Janr: musiqili nağıl tamaşa
Tamaşanın müddəti: 1 saat
Tamaşanın başlanma vaxtı: 12:00
“Rəqs et, yoxsa donarsan” — uşaqlar üçün nəzərdə tutulmuş musiqili-əyləncəli, interaktiv nağıl-tamaşadır. Əsərdə sehrli Rəqs Festivalına hazırlaşan rəngarəng və komik obrazların macəraları təqdim olunur. Festival zamanı sehrli rəqs enerjisi yoxa çıxır və qəhrəmanlar onu birlikdə axtarmağa başlayırlar. Özünə güvənməyən və hər şeyi “sonra edərəm” deyən Panda Po gözlənilmədən böyük rəqs istedadını kəşf edir. Lili, Ağbala, Cənab Ted, Klop Kloun və əkiz aparıcılar Qızıl və Qara Bossun iştirakı ilə hadisələr yumor, musiqi, rəqs və uşaqların birbaşa iştirakı ilə inkişaf edir. Tamaşanın əsas ideyası dostluq, birlik, özünəinam və hər bir insanın daxilində gizlənən istedadı kəşf etməsidir. Əsər uşaqlara “mən bacarmaram” düşüncəsindən uzaq olmağı, bir-birinə dəstək göstərməyi, birlikdə hərəkət etməyin gücünü və həyatın sevincini aşılayır. “Rəqs et, yoxsa donarsan ” uşaqları yalnız tamaşaçı deyil, hadisələrin fəal iştirakçısına çevirərək rəqs, musiqi, oyun və gülüş vasitəsilə dostluğun və birlikdə olmağın sehrini göstərir.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
