"Maşa və Ayı"

Tədbir haqqında

Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı baxımlı nümunələrdən biri də son illər cizgi filmi kimi populyarlaşan “Maşa və Ayı” nağılı əsasında hazırlanan eyniadlı tamaşadır. Klassik kukla elementlərindən istifadə olunmaqla hazırlanan musiqili tamaşada sadə həllə çalışılıb.

Yaradıcı heyət animasiya filmindən fərqli olaraq balacalara komik hadisələr, tamaşanın qəhrəmanı Maşanın şıltaqlıqları fonunda həm də yüksək tərbiyəvi keyfiyyətlər aşılamağa çalışıb. Müvafiq lisenziya əsasında ərsəyə gələn tamaşada müxtəlif ölçülü kuklalara və sadə səhnə tərtibatına üstünlük verilib.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca, Русский
"Maşa və Ayı" "Maşa və Ayı"

Məkan yeri
Neftçilər prospekti 36, Bakı, Azərbaycan