Heç nədən hay-küy

Tədbir haqqında

«Heç nədən hay-küy»

«Böhtan diriykən, ölür sevgi, məhəbbət...» Uilyam Şekspirin “Heç nədən hay-küy”romantik komediyası əsasında yaradılmış tamaşa saf bir məhəbbətin çirkin böhtanla ləkələnməsi haqqındadır... Heç vaxt evlənməyəcəyinə qərar verən Benedikt, şahzadə Don Pedroya dostu qraf Klavdionun şəhər valisinin qızı Dianaya aşiq olduğunu xəbər verir. Don Pedro gənclərin evlənməsində vasitəçi olmağı boynuna götürür. Şahzadə Don Pedronun ögey qardaşı bədxah Don Xuan isə sevgililərin xoşbəxtliyinə zəhər qatır. Klavdiodan qisas almaq üçün o, adamlarının vasitəsi ilə Dianaya böhtan atır. Böhtanın nəticəsi olaraq qraf Klavdio Diananı toy gününcə də rədd edir. Amma Diananın əmisi qızı Beatriçenin, onun sevgilisi Benediktin səyi və rahib Fransisko atanın müdrüklüyü sayəsində hər şey aşkar olunur. Don Xuan ifşa edilir, gənclər bir-birilərinə qovuşurlar. Şıltaqlar – Benedikt və Beatriçe də yumşalb evlənmək qərarına gəlirlər... Əgər sevgi safdırsa, onu çirkaba batırmaq çətindir. Bir şərtlə ki, sevgililərin qovuşması üçün çalışan dostlar bunu hətta öz xoşbəxtliklərindən də üstün tutsunlar.

 

Yaş məhdudiyyəti / Dil

6+
Heç nədən hay-küy Heç nədən hay-küy