Dəlinin qeydləri

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Dəlinin qeydləri, yaxud fortopiano və violonçel  üçün sonata

Yaş həddi: 18+

Müəllif: N.Qoqol, A.Snitke

Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti)

Janr:  psixoloji dram

Tək ifa:  Şövqi Hüseynov  (Əməkdar artist)

Tamaşanın müddəti: 50 dəqiqə

Bu əsərdə müəlliflər xəyali olsa da,  insanlar arasında olan sosial bərabərsizliyi aradan götürmək üçün atılan addımdan söhbət açırlar. Milli Gənc Tamaşaçılar Teatrının cari repertuarına daxil edilmiş eyniadlı tamaşa da məhz bu ideya üzərundə təcəssüm tapmışdır.

Kimsə tərəfindən tanınmayan  müfəttiş Poprışen sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin   qızı ilə evlənmək qərarına  gəlir. O, xəyali dünyasında  İspaniyanın kralı, dünyanı idarə edən nurlu bir şəxsiyyətə çevrilir.

Poprışen dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Bu səs  də xəstə varlığın ruhunu xilas edə bilmir, çünki onu yaşadığı bu dünyanın adamları  da eşitmirlər.

Müəlliflər bununla demək istəyirlər ki, insanlar arasında hüquqi bərabərlik olmasa da, humanizm bərabərliyini gözləmək, bir-birinə dəstək olmaq vacibdir.

Böyük istedad sahibi, dünyanın bir sıra festivallarının laureatı, tək ifa üzrə  mahir ifaçı  Əməkdar artist Şövqi Hüseynov Poprışenin bütün psixofizioloji gerçəkliyini real təcəssüm cizgiləri ilə təvsir edir. “Dəlinin qeydləri, yaxud fortopiano və   violonçel  üçün sonata” məhz buna görədir ki, 30 ildən çoxdur ki, tamaşaçıların sevimli tamaşası kimi cari repertuarda yaşayır.

 

 

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Dəlinin qeydləri Dəlinin qeydləri