

Otello
Təsvir
OTELLO
QISA MƏZMUN
I pərdə
Nyu-Yorkun məşhur mafiya ailəsinin başçısı Otello növbəti kriminal ailə üzərində
qazandığı böyük qələbədən sonra şəhərə qayıdır. Mafiya ailəsinin üzvləri onu
böyük təmtəraqla qarşılayırlar. Venesiyadan gələn elçi Lodoviko Otelloya
hakimiyyətin rəmzi olan qara brilliant üzüyü təqdim edir.
Yalnız Dezdemonaya aşiq olan Rodriqo kədər içindədir. Otellodan narazı qalan
Yaqo ona kömək edəcəyini vəd edir. Kapitan vəzifəsinə Kassionun təyin
edilməsini qəbul edə bilməyən Yaqo Otellodan qisas almağa qərar verir. Otello isə
xəstəliyini hamıdan gizlədir. Bu sirrdən yalnız Yaqo xəbərdardır. O, hiyləgər
planını həyata keçirmək məqsədilə bu sirrdən istifadə edəcək.
Şənlik zamanı Yaqo Kassionu sərxoş edərək Rodriqo ilə mübahisəyə təhrik edir.
Baş verən qarşıdurmadan qəzəblənən Otello Kassionu vəzifəsindən uzaqlaşdırır.
Gecənin sonunda Otello və Dezdemona sevgilərinin ilk günlərini xatırlayaraq
romantik anlar yaşayırlar.
II pərdə
Yaqo Kassioya Dezdemonanın vasitəçiliyi ilə yenidən vəzifəsinə qayıda biləcəyini
bildirir. Kassio ilə Dezdemonanın görüşündən istifadə edən Yaqo Otellonun
qəlbində qısqanclıq şübhələri oyadır. Dezdemonanın Kassionun bağışlanması üçün
etdiyi xahiş Otellonun şübhələrini daha da artırır.
Bu vaxt Dezdemonanın yaylığı yerə düşür. Emiliya yaylığı götürsə də, Yaqo onu
ələ keçirərək məkrli planının bir hissəsinə çevirir. Daha sonra Yaqo Otelloya
Kassionun Dezdemonaya aşiq olduğunu söyləyir və guya onun əlində həmin
yaylığı gördüyünü bildirir. Yaqonun hiyləsinə aldanan Otello xəyanətin qisasını
almağa and içir.
III pərdə
Otello Dezdemonadan ona bağışladığı yaylığı tələb edir. Yaylığın yoxa çıxması və
Dezdemonanın Kassionu müdafiə etməsi onun qəzəbini daha da artırır.
Qısqanclığın əsiri olan Otello həyat yoldaşını xəyanətdə günahlandırır.
Yaqo vəziyyəti daha da gərginləşdirərək Otelloya gizlənib Kassionun söhbətini
dinləməyi təklif edir. Kassionun yanında yaylığı görən Otello xəyanətə artıq tam
inanır və Dezdemonanı öldürmək qərarına gəlir.
Bu zaman Venesiyadan gələn elçi Otellonun geri çağırıldığını, Nyu-Yorkda isə
Kassionun onu əvəz edəcəyini bildirir. Otello hamının gözü qarşısında
Dezdemonanı təhqir edir və huşunu itirir. Yaqo isə məkrli planının uğurla
nəticələnməsindən məmnun qalır.
IV pərdə
Gecə. Dezdemonanı ölüm və ayrılıq düşüncələri narahat edir. Emiliya ilə
vidalaşdıqdan sonra dua etməyə başlayır.
Otello otağa daxil olur və Dezdemonanın günahsızlığından xəbərsiz, qısqanclığın
təsiri altında onun öldürülməsi barədə əmr verir.
Bu zaman otağa daxil olan Emiliya Yaqonun hiyləsini ifşa edir. Həqiqəti anlayan
Otello dərin peşmanlıq hissi keçirir. Etdiyi dəhşətli əməlin ağırlığına dözə
bilməyən Otello özünə qəsd edir və son nəfəsində Dezdemonanın yanında həyatla
vidalaşır.
Bəstəkar – Cüzeppe Verdi
Dirijor – Mustafa Mehmandarov
Quruluşçu rejissor – Xalq artisti Əvəz Abdullayev
Quruluşçu rəssam – Əməkdar mədəniyyət işçisi Tehran Babayev
Xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva
Konsertmeysterlər – Daniil Kirillov, Roza Səlimova, Tofiq Şıxıyev
Otello – Xalq artisti Yusif Eyvazov
Dezdemona – Əməkdar artist Afaq Abbasova
Yaqo – Xalq artisti Əvəz Abdullayev
Kassio – Əməkdar artist Tural Ağasıyev
Emiliya – Nina Makarova
Rodriqo – Əməkdar artist Əliəhməd İbrahimov
Lodoviko – Xalq artisti Əkrəm Poladov
Montano – İqor Yadrov
Herold – Ruslan Persan
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
