“Paris Notr-Dama ithaf”

Tədbir haqqında

"Paris Notr -Dama ithaf"  tamaşası
 
l hissə -  65 dəqiqə
 
ll hissə - 60 dəqiqə      
 
"Paris Notr-Dama ithaf” tamaşası böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanmışdır. 
 
Tamaşanın quruluşçu rejissoru  Samir Qulamovdur. 
 
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
 
 
Teatr bu səhnə əsərini bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edib.
 
Tamaşada böyük, plotonik sevgidən bəhs edilir və ali insan nümunəsi  ön plana çəkilir.   
 
Bu səhnə əsərində "Notre-Dame de Paris” müziklına görə "Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarlar - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
 
Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev,
quruluşçu rəssamı Vüsal Rəhim,
quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər,
xormeyster  Əməkdar artist Vaqif Məstanovdur. 
 
Rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. 

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist – Nadir Xasiyev, aktyorlar – Mehriban Zaliyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov,  teatrın  xor və balet artistlətri ifa edirlər.                                                                                          

Yaş məhdudiyyəti / Dil

6+
“Paris Notr-Dama ithaf” “Paris Notr-Dama ithaf”