Şah Mat teatrı Kitabla Terapiya ilə birgə təqdim edir Azərbaycanda ilk dəfə PLAYBACK tamaşası Vicdan – qorxuya verilmiş ikinci addır Devizimiz: «We are playing your stories back to you» (azərbaycan: «Biz hekayələrinizi sizə geri qaytararaq oynayırıq»)
Qorxu barədə: Qorxu əslində insanın həyatda sağ qalmasına, mövcudluğuna xidmət edən vacib hisslərdən biridir. Onun sayəsində insan təhlükələrdən qurtularaq varlığını davam etdirir. Amma... Qorxunun da dərəcəsi var, harda, nə vaxt, necə özünü təzahür etdirməsi məsələsi var. Yəqin ilandan qorxmayan insan çətin tapılar. Bəs atasından, anasından, dəyərli, yaxın insanından, lap elə özündən, nəhayət Vicdanından qorxmağa necə baxırsız? Halbuki Vicdan qorxusunun arxasında insanın münaqişələrini həll edərək, yeni dəyərlər qazanaraq böyümək, inkişaf etmək potensialı yatır.
Playback teatrı tamaşaçılarının danışdıqları həyat hekayələrinin üzərindən qurulan və onların yerindəcə izlədikləri improvizasiyalı teatr formasıdır. 1975-ci ildə Conatan Foks və Co Salas tərəfindən yaradılan Playback teatrları hazırda dünyanın bütün qitələrinə yayılmışdır. Playback teatrından münaqişələrin həlli, ictimai təqdimatlar, dəyişikliklərin idarə edilməsi, təhsil, sosial dialoq, sülh quruculuğu və digər sahələrdə tətbiq edirlər. Müntəzəm olaraq Playback teatrlarının toplantıları və festivalları təşkil edilir. Playback Teatrının tamaşaları zamanı bir çox insan səhnədə öz hekayələrini danışmaq və görmək imkanı əldə edir. Playback Teatrının şəxsiyyətin böhranlarının həlli və inkişafında da özünəməxsus rolu vardır. Çünki iştirakçının visual (görmək) və audial (eşitmək) aktları birləşərək reallıqda həyata keçirilmək üçün təcrübəyə çevrilir. Eləcə də iştirakçı hekayələrini söyləyərək kim olduğunu kəşf edir.
Playback tamaşasının strukturu:
1-ci hissə
2-ci hissə
3-ci hissə

5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
8 ₼-dan
Biletlər satılıb