Qaraca Qız

Tədbir haqqında

“Qaraca qız”

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Sani Axundov 1912 – 1914–cü illərdə “Qorxulu nağıllar” adı altında hekayələrini yazıb. 
Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı şəkildə əks olunub. 
1948–ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulmuşdur.  
Şuşa Dövlət Müsiqili Dram Teatrının kollektivi də bu pyesə müraciət etmiş və maraqlı səhnə əsəri ilə balaca tamaşaçılarının yolunu gözləyir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.
Prodüser- Yaşar Muradov

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
Qaraca Qız Qaraca Qız

Məkan yeri
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 48