Müsyö Jordan və dərviş Məstəli şah

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Müsyö Jordan və Dərviş Məstəli şah”

Yaş həddi: 16+

Müəllif: Mirzə Fətəli Axundzadə

Quruluşçu rejissor: Xalq artisti Cənnət Səlimova

Əsas  rolların ifaçıları: Əməkdar artistlər  Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov,  Elnur Bəhramxan, Nofəl Vəliyev, artistlərdən  Kərəm Hadızadə, Təhminə Məmmədova,  Asya  Atakişiyeva, Aygün Fətullayeva, Müşfiq Elmanoğlu, Nuranə Vaqifqızı,  Natiq Fərzəliyev, Ceyhun Məmmədov

Janr: komediya

Tamaşanın müddəti: birhissəli – 1 saat 20 dəqiqə

Mirzə Fətəlinin bu məşhur komediyası əslində ictimai- sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir.

Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyö Jordanla Parisə getməsinə razılıq verməklə, əslində Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üşün qulluqçu Xanpərinin vasitəsi ilə  Müsyö Jordanı tapır. Bu kişinin cadusu ilə Parisin “dağılması” (əslində Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyö Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur.

Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb. Teatr da onu günün tələbləri səviyyəsində tamaşaçısına təqdim edir.

 

Yaş məhdudiyyəti / Dil

12+
Müsyö Jordan və dərviş Məstəli şah Müsyö Jordan və dərviş Məstəli şah