Qızıl toy

Tədbir haqqında

"Qızıl toy"

Yaş həddi: 6+

Müəllif: Oqtay Kazımi, Ramiz Heydər

Janr: Musiqili komediya

Dil: Azərbaycan

Tamaşanın müddəti: I hissə - 1 saat 10 dəqiqə

                                           II hissə - 40 dəqiqə

Quruluşçu rejissor: Yusif Əkbərov

Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (Əməkdar incəsənət xadimi)

Quruluşçu rəssam: Vüsal Rəhimov

Dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət x

Yazıçı-dramaturq Ramiz Heydərlə Oqtay Kazıminin müştərək yadadıcılıq nümunəsi olan "Qızıl toy" əsəri Musiqili Teatrın səhnəsində dəfələrlə tamaşaya qoyulub və hər dəfə də maraqla qarşılanıb. Buna səbəb isə müəlliflərin toxunduğu mövzunun - ülvi məhəbbətin və vətən sevgisinin bütün dövrlər və bütün insanlar üçün aktual olmasıdır. Səhnədə baş verən hadisələrin ünvanı Bakı olsa da, onun qəhrəmanlarından biri - Azər öz adı ilə bərabər yenicə tanış olduğu gözəl xanıma da, onun ailəsinə də, elə tamaşaçılara da nə vaxtsa aralarında qohumluq bağları qırılmış nəsillərin tale yaddaşını vərəqləmək fürsəti də gətirir. Azər Fransadan atasının doğulub boya başa çatdığı torpağa - Azərbaycana qohumlarını axtarmağa gəlib. Elə hava limanındaca onları qarşılayan bələdçi qızın kimliyindən xəbərsiz ona vurulur və məhz bu qızın gözləri ilə Bakıya baxır, bir vaxtlar babasının yaşadıığı ölkənin tarixi abidələri ilə tanış olur, dünyanın möhtəşəm tarixi məkanlarından biri sayılan açıq səma altındakı Qobustan muzeyini gəzir, nəhəng daş kitabələrə heyrət və maraqla tamaşa edir. Azər ağlına belə gətirmir ki, ilk baxışdan aşiq olduğu qız elə onun sorağında olduğu qohumlarının qızıdır. Tamaşa boyu çox komik vəziyyətlərə düşmək məcburiyyəti ilə üzləşən qəhrəmanlar bir sıra maneələri dəf etməli olurlar! Ancaq əsl sevgi bütün çətinliklərə qalib gəlir və sonda yeni bir ailənin təməli qoyulur.

Yaş məhdudiyyəti / Dil

6+
Qızıl toy Qızıl toy