999-cu gecə

Tədbir haqqında

"999-cu gecə"

Yaş həddi: 6+

SSRI xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecənağıllarının motivləri əsasında

Janr: Böyüklər üçün nağıl-tamaşa

Tamaşanın müddəti: I hissə - 55 dəqiqə

                                    II hissə - 50 dəqiqə

Quruluşçu rejissor: İradə Gözəlova

Quruluşçu dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)

Quruluşçu rəssam: Nabat Səmədova (Əməkdar artist) !

Rejissor: Elməddin Dadaşov

Baş dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)

 “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşasının süjet xəttinin əsasını çəkməçi Maruf la onun ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Maruf kasıb pinəçidir. Arvadı Fatma zənginlərin ayağını yuyur, bu əziyyətin heyfinisə ərindən çıxır-onu söyür döyür, incidir. Maruf əlini Allaha qaldırıb onu bu zülmdən qurtarmasını istəyir və qəfil şah sarayına düşür. Məlum olur ki, cəmi kasıbların var-dövlət arzusu o boyda padşahın arzusu ilə üst-üstə düşür. Rejissor tamaşanın finalında sevgini var-dövlətdən bir taxça yuxarı qoyur, obrazlar arasında fərq qoymadan, mənfi-müsbət obraz demədən, həyatın şərtlər içində oyun olduğuna eyham vurur. Yəni, Xeyir və Şər personajın mövcudluq çərçivəsinə çevrilmir, əməl xətti kimi təqdim olunur. Bu, bir tamaşa finalı üçün olduqca vacib məqamdır. Sonda “İfritə Fatma”nın da sevimli tanrı bəndəsi olduğunu yada salır. “Bu nağıl “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb.

Yaş məhdudiyyəti / Dil

6+
999-cu gecə 999-cu gecə