Dəli yığıncağı

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Dəli yığıncağı”

Yaş həddi: 14+

Müəllif: Cəlil Məmmədquluzadə

Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti)

Əsas  rolların ifaçıları: Yasin Qarayev (Xalq artisti),  əməkdar artsitlər  Elnur Bəhramxan, Şövqi Hüseynov, Nofəl Vəliyev, artistlərdən Ramil Məmmədov, Aygün Fətullayeva,  Rəşad Səfərov, Anar Seyfullayev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev, Ramil Şamiloğlu, Şəbnəm Hüseynova, Hilal Dəmirov, Sənan Kazımlı, Ədalət Əbdülsəməd, Kərəm Hadızadə və b.

Janr:  satirik komediya

Tamaşanın müddəti: ikihissəli – I hissə -  1 saat

                                                       II hissə - 45 dəqiqə

Dahi mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası mövzu etibarı ilə bütün dövrlərdə aktualdır.  Müəllif bu satirik dramda mühitdə özünü ağıllı göstərən insanların əslində özlərinin dəli olduğunu təsvir edir. Hamının kömək umduğu Doktor Lalbyuz isə əslində özünə belə bir xeyri dəyməyən yadellidir.

Tamaşada fanatizm, nadanlıq, riyakarlıq  əsas tənqid hədəfidir. “Ağıllı insanların” daşqalaq etmək istədikləri Pırpız Sona ilə Molla Abbas onların daxili dünyasının qaranlığını açıb göstərən güzgüyə çevrilirlər.

 

 

Yaş məhdudiyyəti / Dil

14+ / Azərbaycanca
Dəli yığıncağı Dəli yığıncağı

Məkan yeri