Balaca Şahzadə

Tədbir haqqında

Müəllif: Antuan De Sent-Ekzüperi

Bədii rəhbər: Fərid Bağırov 

Rejissor: Gümrah Ömər

Geyim rəssamı: Leyla Əliyeva

Janr: Bir hissəli fantaziya

Motorunda nə isə sınmış Təyyarəçi əlacsızlıqdan Saxara səhrasına enməli olur. Gözlənilmədən qəribə bir oğlanla (Balaca Şahzadə) görüşür. Məlum olur ki, o başqa bir səyyarədən gəlib. Balaca Şahzadə tünd və dözülməz xasiyyətli Qızılgüldən ayrılıb. Dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Hər bir planetdə müxtəlif varlıqlarla tanış olur. Qoca Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və sonuncu Yer planetində Təyyarəçi ilə görüşmüşdür. Balaca Şahzadə gördüyü hər bir həqiqətləri nağıl edir və bu həqiqətləri dərk edən Təyyarəçi isə bütün çətinliklərə rəğmən təyyarəsini düzəldir, doğmalarının və sevdiklərinin yanına qayıdır...

Yaş məhdudiyyəti / Dil

10+
Balaca Şahzadə Balaca Şahzadə