

Şelkunçik
Təsvir
BALETİN QISA MƏZMUNU
I pərdə
I ŞƏKİL
Kiçik şəhərcikdə bayram əhval-ruhiyyəli meydan. Maşa valideynləri ilə gəlir. Çox gözəl, nağılvari bir yolkanın işıqları yanır. Valideynlər uşaqlarına
milad hədiyyələri paylayırlar. Hamı sevinir. Drosselmeyer Santa-Klaus paltarında gəlir. Uşaqlar onu dövrəyə alırlar.
O böyük qutudan oyuncaqları götürüb uşaqlara paylayır. Onlar Maşa üçün maraqlı deyil, o darıxır. Drosselmeyer ona Şelkunçiki verir. Maşa çox sevinir. Bu eybəcəri görən böyüklər və uşaqlar gedirlər. Maşa Şelkunçiki incə qəlbli zərif qəhrəman kimi qəbul edir və onunla rəqs etməyə başlayır. Böyüklər və uşaqlar gələndə Şelkunçik gözlənilmədən sınır. Maşa Santa-Klausdan yardım istəyir. Santa-Klaus kostyumunu atarkən Maşa onun Drosselmeyer olduğunu görür. Drosselmeyer Şelkunçiki canlandırır.
II ŞƏKİL
Maşanın otağı. Yolkanın altındakı oyuncaqlar arasında Şelkunçik da vardır.
Maşa onları yatırdır. Hamı yuxuya gedir. Drosselmeyer gelir. O, Siçanlar kralı və Şelkunçiki döyüşdürür və bununla Maşanı yeni sınaqlara çəkir. Maşa qorxusunu dəf edərək qeyri-bərabər döyüşdə Şelkunçikin köməyinə gəlir.
Drosselmeyer döyüşü saxlayır, Şelkunçiki gözəl şahzadəyə çevirir. Onlar artıq böyümüş Maşa ilə canlanan təbiətin qoynuna səyahətə yollanırlar. Qar dənələri Maşa və Şahzadəni macəralarla dolu səyahətdə əyləndirir. Burada onları yeni sınaqlar gözləyir.
II pərdə
Təbiət oyanır və nəfəs almağa başlayır. Drosselmeyer, ardınca Maşa və Şelkunçik digər oyuncaqlarla birlikdə gəlirlər. Siçanlar kralı əyanları ilə birlikdə onları təqib edir. Təkbətək döyüşdə cəsur Şelkunçik Siçanlar kralına qalib gəlir.
Drosselmeyer çox xoşbəxtdir, çünki onun arzuları həyata keçmişdir.
02 dekabr 2026
"ŞELKUNÇİK"
(2 pərdəli balet)
Bəstəkar – Pyotr Çaykovski
Dirijor – Əməkdar artist Əyyub Quliyev
Baletmeysterlər – Xalq artisti Rəfiqə Axundova, Xalq artisti Maqsud Məmmədov
Baletmeyster repititorlar – Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçev
Quruluşçu rəssam – Mariya Sokolova
İcraçı rəssam – Əməkdar mədəniyyət işçisi Tehran Babayev
Tamaşanı idarə edən – Əməkdar artist Yuriy Lobaçev
Konsertmeyster – Züleyxa Usubova
İŞTİRAK EDİRLƏR:
Maşa – Liana Praqa – ilk ifa
Şahzadə – Aleksandr Suldin
Drosselmeyer – Ağamir Mirzəyev
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
