Qağayı

Tədbir haqqında

“Qağayı” 

Yaş həddi: 18+

Müəllif:  A. Çexov  (Tərcümə - Kazım Ziya)

Quruluşçu rejissor: Nicat Kazımov  (Əməkdar  artist)

Baş rolların ifaçıları:  Nicat Kazımov (Əməkdar artist ) ,Kəmalə Müzəffər  (Əməkdar artist), Şövqi Hüseynov (Əməkdar artist), Bəhram Əliheydər, Sənan Kazımov ,Səbinə Məmmədova

Janr:  lirik-psixoloji dram

Tamaşanın müddəti: 2  hissəli – I hissə - 1 saat,  II hissə - 55 dəqiqə

 

 

 “Qağayı” tamaşasının əsas qayəsi cəsarət və mənəvi saflıq uğrunda mübarizə mövzusudur.  “Sənətdə cəsarətli olmağı bacaranlar qalib gəlirlər”,- fikrinin çözümü üçün dramatik hadisələrdən yoğrulmuş pyes  görkəmli dramaturqun bəşəriyyətə ədəbi əmanətidir. 

Pyesin konfliktini nəsillərin toqquşması təşkil edir: bir tərəfdən özünə güvənən, şöhrətpərəst Arkadina və Triqorin, digər tərəfdən cavan və heç bir təcrübəsi olmayan, teatr camiəsi tərəfindən tanınmayan Treplyov və Zareçnaya, puç olmuş arzular, ümidlər və həyatda özünü tapa bilməyən tənha insanlar...

Yaradıcı insanın eqosunu onun şöhrəti müəyyən edir. Çexovun qəhrəmanları qazandıqları uğurun və onlara pərəstişin qullarına çevrilmişlər. Onlar yaxşı bilirlər ki, yalnız sənətdə var olduqları müddətdə  başqalarına lazımdırlar. Nina belə Triqorini deyil, onun səhnədəki varlığını sevir.

Qağayı dünya mədəniyyətində azad və pak ruhun rəmzi kimi təqdim olunur. Özünü bu quşa bənzədən Zareçnaya puça çıxan arzuları kimi cəmiyyət tərəfindən də məhv edilməkdədir. Bu konteksdə, Çexov dühasından süzülənlər qağayı fəryadı kimi səslənir.

 

Yaş məhdudiyyəti / Dil

18+
Qağayı Qağayı