

İki Əsgər
Təsvir
Könüllü əsgər Vüqar əsgər dostu Aslanla birlikdə, azad edilmiş kəntdə, dağılmış evdə gizlənmiş düşmən əsgərinə rast gəlirlər. Zirzəmiyə qumbara ataraq onu öldürmək an məsələsidir. Lakin yaranan qısa ünsiyyətdən sonra, ölümlə həyat arasında qalmış düşmən əsgərinin keçirdiyi sarsıntılar, Vüqarı fikrindən döndərir. Onun qəlbində mərhəmət hissi baş qaldırır və o düşmən əsgərini əsir götürmək qərarına gəlir.
Tamaşada istənilən çətin vəziyyətlərdə insan olaraq qalmağı bacaran, mərhəməti, cəsarəti, bütün insani keyfiyyətləri ilə, düşmən əsgərindən üstün olan Azərbaycan əsgərinin ümumiləşmiş obrazı yaradılıb.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Qeyd: Tədbirə 10 dəqiqədən artıq gecikənlər tamaşaçı zalına buraxılmırlar.
