COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
19 Fevral tarixində Heydər Əliyev Sarayının səhnəsində, Paulo Koelyonun eyniadlı dünya bestselleri, “Veronika ölməyə qərar verir” tamaşasının premyerası baş tutacaq. Musiqi müəllifi Boris Qrebenşikovdur.
İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar.
Tamaşa nədən bəhs edir? Sadəcə həyat, ölüm, sevgi haqqında. Üstəlik dəlilik haqqında - hamımıza təsir edən “Dərd” və xilası hər bir halda mümkünsüz olan həmin o dəlilik haqqında...
"Veronika ölməyə qərar verir " gözəl və ruhlandırıcı, gücləndirici, parlaq şəkildə işlənmiş və ironik metaforalarla doludur. Bu, hər günü bir möcüzə kimi görməyə çağıran, ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir.
Kamera Dram Teatrı – “Театральная мастерская Наталии Башевой”.
Tamaşa 2 saat 30 dəqiqə davam edir (antrakt ilə).
Bədii rəhbər: Natalya Başeva.