Omid, sonuncu ağ durna — CHARACTERS Teatrı

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.

Tamaşa ağ durnanın Qərb populyasiyasının sonuncu nümayəndəsi olan Omidin real həyat hekayəsinə əsaslanır. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Omid 15 ildən artıq müddət ərzində Sibirdən Xəzər dənizinin cənub sahillərinə təkbaşına uçuşlar edib. Son iki il ərzində o nə qışlama yerlərində, nə də köç marşrutları üzərində müşahidə olunmayıb. Omidin həlak olması ehtimalı yüksəkdir; onunla birlikdə bütöv bir yarımnövün izi tarixə qovuşmuşdur...

“Omid, sonuncu ağ durna” – sonuncu durna və yoxa çıxmaqda olan köç marşrutu haqqında poetik dildə danışılan hekayədir. Canlı musiqidən istifadə edərək, tamaşanın rejissoru Mikayıl Merdinli elə bir məkan yaradır ki, burada quş mifoloji varlığa çevrilir, yolu isə itirilməz, əbədiləşmiş bir izə dönür. Çünki Omid yalnız bir quş deyil. Omid – Ümiddir.

Pyesin müəllifi: İsmayıl İman
Quruluşçu rejissor: Mikayıl Merdinli
Quruluşçu rəssam: Rufana Mamedova
Plastik həll: Nigar Güləhmədova
Rollarda: Məmməd Rəfiyev, Kamal İbrahimov, Atika Əliyeva, Avsəddin Ələkbərov, Rami Klim.

 

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
Omid, sonuncu ağ durna — CHARACTERS Teatrı Omid, sonuncu ağ durna — CHARACTERS Teatrı

Məkan yeri
Fluxus Space (28 may küçəsi, 5)