Qurdlar və qoyunlar

Tədbir haqqında

Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı 

Dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında "Qurdlar və qoyunlar" adlı iki hissəli komediya 

Tamaşanın rejissoru Pyotr Fomenkodur.

Əsər 1875-ci ildə qələmə alınsa da, süjet xətti müasir dövrlə səsləşir. 
Tamaşanın premyerası 22 may 1992-ci ildə olub. 

Yeni quruluşlu bu tamaşada “Qurdlar” və “Qoyunlar” arasında əbədi qarşıdurmaların mövcudluğu komik situasiyalarla ön plana çəkilir. Cəmiyyətdə bəzi insanlar sadəlövh və həlim xarakterli olsalar da, bəziləri qurd kimi yırtıcı və təhlükəlidilər. Lakin ən təhlükəli yırtıcının da işləri müşkülə düşə bilir…

Yaş məhdudiyyəti / Dil

12+ / Русский
Qurdlar və qoyunlar Qurdlar və qoyunlar

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan