Etika Akademiyası

Etika Akademiyası

"Etika Akademiyası" Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İnkişaf Mərkəzidir. Burada gənclər və iş dünyasında uğur qazanmaq istəyənlər üçün xüsusi tədris mexanizmi təklif olunur. Etika Akademiyası peşəkar davranış qaydalarının öyrənilməsinin vahid bazasıdır. Etika Akademiyasının əsas məqsədi etik prinsipləri biznes prinsiplərinə aşılamaq və yüksək standartlara uyğun kadrları formalaşdırmaqdır. Təşkilatın və qurumların uğur əmsalını formalaşdıran insan resurslarını stresə davamlı, beynəlxalq standartlara, etika və estetikanın təmininə uyğun hazırlaşdırmaqdır. Etika Akademiyasının təlimçiləri beynəlxalq statuslu və uğur göstəriciləri yüksək olan ekspertlərdir. Həmçinin Akademiyamız tərəfindən İBS Group ilə bağlanan memorandum əsasında Böyük Britaniyanın Universitet və İnstitutlarının ixtisas sənədləri , diplomları və sertifikatlarını təqdim edirik. Akademiyanın təlim proqramlarını keçən şəxs Etika Akademiyasının “tövsiyyə məktubu “nu əldə edir. Saytımızda Kadrlar Bankı yaradılmışdır. Etika Akademiyasının məzunları haqda məlumat orada yerləşdirilir. 20-dən artıq müxtəlif şirkətlərlə bağlanan müqavilə əsasında kadrların bazası akademiyamız tərəfindən təqdim ediləcəkdir. Etika Akademiyası Sizə Yüksək keyfiyyətli və beynəlxalq nüfuzlu biznes tədris proqramlarını təqdim edir. Özünü inkişaf etdirmək istəyən hər kəslə əməkdaşlıqdan məmnun olarıq.

Nərimanov rayonu, Həsənoğlu 8