Abidə kəndin ən qədim yaşayış ərazisində tikilmişdir. 2009- cu ildə Qala ətrafında başlayan arxeoloji qazıntılar zamanı qalanın X-XII əsrlərə aid olması subut edildi. Bizim dövrümüzə kimi qalanın bir hissəsi və divar qalıqları gəlib catmışdır. 2011 -ci ildə qala Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunmuşdur.
Arxeoloji qazıntılar zamanı üst təbəqədən orta əsrlərə aid bir neçə material aşkarlandı ki, bu da ərazinin orta əsrlərdə daimi yaşayış məskəni olmasını subut etdi. Aşkarlanan təndir qalıqları, keramika qalıqları (boyalı və boyasız), dəmir alətlər, heyvan bağlamaq ücün dəliklər, aşkarlanan yaşayış məkanları insanların qala ətrafında kompleks şəkildə yaşamasından xəbər verir. Həmin təndirlər çox guman ki, XVIII əsrdə Nadir şahın bura öz qarnizonunu yerləşdirdiyi vaxtlarda, qarnizonun tələblərini yerinə yetirmək məqsədi ilə inşa edilmişdir.
Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Kənd ağsaqqallarının dediklərinə görə yollardan biri dəniz qırağına, digəri isə şəhərə gedib çıxır.
Arxeoloji tədqiqat zamanı maraqlı tapıntılardan biri də, Tunc dövrünə aid edilən qayaaltı yaşayış yeridir.
Qəsrin bir divarına bitişik məscid inşa edilmişdir. Daxilində ekspozisya qurulmuş, arxeolojı qazıntılar zamanı aşkarlanan XIII- XIV əsrdən, Azərbaycanda çarizm dövrünə qədər yəni XIX əsrə qədər olan numizmatik materiallar və orta əsrlərə aid keramika qalıqları nümayiş olunur.